Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası bir sıra vəzifələr üzrə qəbul elan edib.
SİTAT.İNFO xəbər verir ki, akademiyada Konstitusiya və inzibati hüquq kafedrasında baş müəllim və müəllim, Cinayət və cəza – icra hüququ və kriminalogiya kafedrasında müəllim, Mülki hüquq və mülki proses kafedrasında müəllim, Ədliyyə sahəsində idarəetmə kafedrasında baş müəllim və müəllim vəzifələri üzrə vakansiya elan edilib.
Təqdim olunan vakansiyalar:
Müsabiqədə iştirak etmək üçün sənədlər bir ay müddətində qəbul edilir.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rektorun adına ərizə;
2. Kadrlar uçotunun şəxsi vərəqəsi;
3. Tərcümeyi-hal;
4. Ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
5. Elmi ad və dərəcə haqqında sənədlərin surəti;
6. Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;
7. Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
8. Əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surəti;
9. Sağlamlıq və ailə tərkibi haqqında arayış;
10. 4*6 sm ölçüdə 4 ədəd, 3*4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;
11. İş yerindən xasiyyətnamə.
Müsabiqədə iştirak etmək istəyənlər həmin sənədləri mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər:
Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi,158
Telefon: (99412) 4980983