McDonald's məhkəməyə verildi: Səbəbi hamının düşündüyü məsələdir...

14:23 19 May 2022

ABŞ-da fəst- fud şəbəkələri McDonald's və Wendy's reklamda istifadə edilən şəkillərdə hamburgerləri olduğundan daha böyük göstərdiyinə və müştəriləri çaşdırdığına görə, məhkəməyə verilib.

İki fəst-fud zənciri Nyu-Yorkda bir müştəri tərəfindən məhkəməyə verilib və müştəriləri aldatma ittihamı ilə üzləşiblər. 
Müştəri həm özü, həm də aldadıldığını düşünən digər müştərilər üçün 50 milyon dollar təzminat tələb edib.

McDonald's və Wendy's bu işə hələ də münasibət bildirməyib.  Mart ayında Floridada Burger King-ə qarşı oxşar iddia qaldırılmışdı.

Nyu Yorkdakı Justin Chimienti hüquq firması hər üç fəst fud şəbəkəsinin vəkilidir. Vaxt keçdikcə bir çox narazı müştərilər Burger King-ə qarşı iddiaya qoşulub.

"Reklamlar ədalətsizdir və istehlakçılara maddi ziyan vurur, çünki ərzaq vəd edilmiş dəyərdən xeyli aşağı çatdırılır. İnflyasiya, ərzaq və ətin qiymətləri çox yüksək olduqda və əksəriyyəti aşağı gəlirli olan müştərilərin bu vəziyyətə düşməsi, daha çox narahatlıq doğurur. Maddi sıxıntı yaşayır" ifadələri yazılır. McDonald's və Wendy's-ə qarşı açılan iddia, satılan hamburgerlərin reklam ediləndən yüzdə 15 daha kiçik olduğunu iddia edir. En

Buffalodakı Nyu York Universitetinin hüquq professoru Mark Bartolomeyə görə, sosial mediada çoxlu tənqidlər olub.  Belə hallarda qalib gəlmək üçün kifayət deyil. Bunun əvəzinə, məhkəmə bu şirkətlərin həqiqətən istehlakçıları aldatdığını sübut edən dəlil axtarmalı olacaq: "Məncə, onlar kompromis istəyirlər ki, bu, böyük bir davaya çevrilməsin."
 2010-cu ildə İngiltərədə Burger King reklamı toyuq burgerini olduğundan daha kiçik göstərdiyi üçün qadağan edildi. Ancaq ABŞ-da bu cür qadağalar çox yaygın deyil. Müştəriləri məhsulu almağa sövq etmək üçün reklamlarında aldadıcı şəkillərdən istifadə edən bir çox şirkət problemi sakitcə həll etmək üçün güzəştə gedir.

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti