Rusiya və Gürcüstanla quru sərhədlər nə vaxt açılacaq? - AÇIQLAMA - VİDEO

20:00 20 May 2022

"Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı veriləcək qərar çox uzaqda deyil. Epidemioloji vəziyyət nəzərə alınaraq bu barədə qərar açıqlanacaq".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Ekspert əlavə edib ki, quru sərhədlərinin açılması ilə yanaşı müəyyən mexanizmlər qoyulmalıdır: "Vaksin tələbi qoyulmaqla ölkəyə daxil olan şəxslərlə bağlı vəziyyətə nəzarət oluna bilər. Bu cür süzgəclərin olması vacibdir".



Xəbər xətti