Mütəxəssis xərçəngdən qurtulmağın yollarını açıqladı: Dəyişdirə biləcəyimiz amillər...

16:54 23 May 2022

Türkiyədə Tibbi Onkologiya Klinikasının Müəllimi Prof. Dr. Timuçin Çil, qazlı içkilərin və çipslərin xərçəng riskini artırdığını deyərək,  təbii qidalanmaya qayıtmağın vacibliyini vurğulayıb.

Professor bildirib ki, hər yeməkdən öz mövsümündə və vaxtında istifadə etmək lazımdır.

SİTAT.İNFO xəbər verir ki, Türkiyə mediasında yer alan xəbərə xərçəngə qarşı profilaktik tədbirlər yer alıb. 

Xərçəng dünyada və Türkiyədə məlum ölümlər arasında ən yüksək ölüm nisbətinə malik xəstəliklər sırasındadır.
Prof. Dr. Timuçin Çil xərçəngdən ölüm riskinin yüksək olduğunu ifadə edərək vurğulayıb ki, xərçəng bütün dünyada ölüm səbəbləri arasında ikinci yerdədir. Xərçəngə yoluxma halları son illərdə əhəmiyyətli dərəcədə artmaqdadır. Son illərdə xərçəngin müalicəsində çox mühüm irəliləyişlər var”.

Fast food yeməyi tərgitmək və meyvə -tərəvəzi mövsümündə yemək xərçəng riskini azaldır. Bu fikri səsləndirəm doktor Çil bildirib ki, genetik faktorların da təsiri var:  "Dəyişdirə biləcəyimiz faktorlardan biri qidalanmadır. Qidalanma ilə bağlı yanlışlarımızın qarşısını almaqla xərçəngin qarşısını almaq olar. Xərçəngdən qorunmaq üçün hər bir qida nizamlı və balanslı şəkildə qəbul edilməlidir. Qazan yeməklərinə qayıdın. Hər qida mövsümündə və vaxtında istifadə edilməlidir. Fast-fooddan uzaq durmağa çalışın. Qazlı içkilərdən və yüksək kalorili qidalardan ciddi şəkildə uzaq olmaq lazımdır”.

Siqaret və spirtdən istifadəyə toxunan Prof. Dr. Çilin sözlərinə görə, siqaret bir çox xərçəng növlərinin əmələ gəlməsinə səbəb olur: "Türkiyədə son 20 ildə siqaretlə mübarizə siyasəti çox doğrudur. Yaxın gələcəkdə ağciyər xərçənginin azalacağını düşünürük. Buna spirtli içkiləri də  əlavə edin. Spirt və siqaretdən qurtula bilsək və qarşısı alına bilən səbəbləri aradan qaldırsaq, xərçəngə qarşı da tədbir görəcəyik”.

Nigar Abuzər

SİTAT.İNFO

 



Xəbər xətti