"Yaşı 30-dan yuxarı olan insanların..." - Vasif ismayıl meymunçiçəyindən danışdı

17:45 25 May 2022

İsrail və İsveçrə meymunçiçəyinə yoluxma hallarının qeydə alındığını təsdiqləyəndən sonra xəstəliyin baş verdiyini bildirən ölkələrin ümumi sayı 2 dəfə artıb. 

SİTAT.İNFO xəbər verir ki, meymunçiçəyinin hazırkı epidemiyası zamanı Avropa, ABŞ, Kanada və Avstraliyada 80-dən çox yoluxma hadisəsi təsdiqlənib.

ÜST yoluxma hallarının artacağı ehtimalının yüksək olduğunu qeyd edib.

Bu xəstəlik Azərbaycanda da yayıla bilərmi? Pandemiyaya çevrilmə və karantin tədbirlərinə gətirib çıxartma ehtimalı varmı?

Mövzu ilə bağlı tanınmış həkim Vasif İsmayıl Sitat.info-ya açıqalamasında bildirdi ki, meymunçiçəyi xəstəliyi çiçək xəsətəliyinin bir növüdür: "İnsanda çiçək xəstəliyi tam olaraq ortadan qaldırılıb, amma, heyvanlarda olan çiçək xəstəliyi hələ də görünməkdə davam edir: İndi yaranan "meymunçiçəyi" epidemiyası ilk deyil. 7-8 il əvvəl də mövcud idi. İnsanların əksəriyyəti çiçək xəstəliyinə qarşı peyvənd olunduğu üçün bu çox da kütləvi hal almır. 
İndi yoluxmalar əvvəlki illərə nəzərən çoxdur. Covid pandemiyası dönəmində ortaya çıxdığı üçün insanlar bioloji təhlükəsizlik məsələlərinə həssasdır. Dəhşətli səs gətirəcək bir hadisə deyil".

V.İsmayıl hesab edir ki, meymunçiçəyinə Azərbaycanda da rastlanması mümkündür: " Qorunmaq üçün isə peyvənd olunmaq şərtdir. Amma çiçək peyvəndi Azərbaycanda 10 ildir ki, aktiv istifadə olunmur. Yaşı 30-dan yuxarı olan insanların qorxmasına ümumiyyətlə ehtiyac yoxdur. Azərbaycanda da görülə bilər, lakin çox ciddi təhlükə törətməyəcək”.
 
Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti