Meymunçiçəyi virusu ilə bağlı kritik xəbərdarlıq: Bu insanlarda ağırlaşma ola bilər

16:02 26 May 2022

COVID-19 pandemiyasının təsirləri yavaş-yavaş azalsa da, dünyadan gələn meymunçiçəyi virusu xəbərləri yeni bir pandemiya narahatlığına səbəb oldu.

Virusun yeni bir pandemiya yaradıb-yaratmayacağına dəqiq cavab verilməsə də, yoluxucu xəstəliklər mütəxəssisi Dr. Elif Hakko bildirdi ki, xəstəlik 2-4 həftədə özbaşına sağalsa da, kiçik uşaqlarda və immuniteti zəif olan insanlarda ağır mənzərə yarada bilər.

İlk dəfə 1970-ci ildə Konqo Respublikasında görülən və daha çox Mərkəzi və Qərbi Afrikada hər il bir neçə yüz insanda görülən Meymun Çiçəyi virusu digər qitələrdə də yoluxma hallarının artması ilə narahatlığıa səbəb olub.

Virusun Afrikadan digər qitələrə heyvanlar və insanlar vasitəsilə yayıla bildiyinə işarə edən yoluxucu xəstəliklər mütəxəssisi Dr. Elif Hakko  deyib ki, digər qitələrdə yoluxma hallarının sayı ilk dəfə bu qədər yüksəkdir.

13-21 may tarixlərində Avropa, Amerika və Avstraliyada 92 təsdiqlənmiş hadisə və 28 şübhəli müəyyən edilib. Xəstəliyin törədicisi Monkeypoks virusudur.

Adında meymun sözü olsa da, əsas mənbəyi dələ, siçovul və siçan kimi gəmiricilərdir. İnsanlara da bu heyvanlardan keçir”. 

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti