NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyanın hökumət rəhbəri Ukraynaya səfər edib. Finlandiyanın baş naziri Sanna Marin Kiyevdə Ukrayna prezidenti Zelenski ilə görüşüb. Zelenski Rusiyaya qarşı sanksiyalara görə Marinə təşəkkür edib.
Sitat.info xəbər verir ki, Marin həmçinin Kiyev yaxınlığındakı Buça və İrpin şəhərlərinə səfər edib.
Ukrayna lideri Finlandiyanın baş nazirindən Ukraynanın Avropa Birliyinə üzv olmaq müraciətini dəstəkləməyini istəyib.
Ləman Sərvanqızı
SİTAT.İNFO