İngiltərədə 38 yaşlı qadın övladlığa götürməyə çalışdığı 13 aylıq körpəni öldürməkdə təqsirli bilinib. Ölkənin gündəmində olan ögey ana 18 il müddətinə azadlıqdan məhrum edilib.
SİTAT.İNFO xəbər verir ki, qan donduran hadisə Böyük Britaniyanın Kambriya bölgəsində baş verib.
Yetim qalan körpə Ceyms Korkill 2020-ci ilin avqustunda Kumbriada dövlət qurumları tərəfindən 38 yaşlı Laura Kastl və onun əri, 35 yaşlı Scott Kastl-nin evinə yerləşdirildi.
Cütlük körpəyə evdə qulluq göstərdikdən 5 ay sonra, 13 aylıq körpə Ceyms kəllə-beyin travmasından öldü.
NTV-nin xəbərinə görə, ögey ana əvvəlcə ailəsinə, dostlarına və polisə körpənin divandan yıxılaraq başını jurnal masasına vurduğunu deyib.
Amma məhkəmə ekspertizasının nəticəsi fərqli idi. 13 aylıq Ceymsin ölümünə səbəb olan ağır sarsıntı və travma idi.
Ögey ana məhkəməyə bir gün qalmış polisə həqiqəti deyib. Laura Kastl körpə ağlamasın deyə qucağına alıb, bərk silkələyib və stulun qoltuqlarına çırpıb.
Günahını boynuna alan ögey ana 13 aylıq balaca Ceymsi öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Lamiyə,
SİTAT.İNFO