Ukraynanın Mariupol şəhərində dağıdılmış fabrikin qalıqları arasından 70 mülki şəxsin cəsədi tapılıb. Rusiyanın Ukraynaya hücumları davam edərkən, Rusiya ordusu mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir.
SİTAT.İNFO xəbər verir ki, Ukraynanın Rusiyanın hücumlarından ən çox zərər çəkən bölgələrindən biri olan Mariupol şəhərində dağıntıların təmizlənməsi işləri aparılır.
Şəhərdə dağılmış fabrikin dağıntıları altında işlərə başlandıqdan sonra daha 70 mülki şəxsin cəsədi tapılıb, cəsədlər Staryi Krim kəndindəki kütləvi məzarlığa aparılıb.
Mariupol merinin müşaviri Petro Andriuşşenko araşdırmalardan sonra yeni açıqlama verib: “Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kuyindzhi küçəsində dağıntıları təmizləyərkən köhnə Oktyabr fabrikinin qalıqları arasında 70-ə yaxın cəsəd tapıblar. Rus əsgərlərinin törətdiyi daha neçə kütləvi məzarlıq tapacağıq”.
Ləman Sərvanqızı
SİTAT.İNFO