Hər il tullantılardan 1500 manata qədər qəpik toplanır - RƏSMİ

20:21 27 May 2022

“Hər il ərzində tullantıların çeşidlənməsində 1000-1500 manata qədər qəpik pul toplanır”.

SİTAT.İNFO "oxu.az"-a istinadən xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov bildirib.

O qeyd edib ki, tapılan pullar xeyriyyə məqsədləri üçün istifadə edilir.

O.Cabbarov əlavə edib ki, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna gətirilən tullantıların sayı gündən-günə artır. 



Xəbər xətti