Sumqayıtda avtomobil yolu yenidən çökdü - VİDEO

21:11 27 May 2022

Sumqayıtda yeni təmirdən çıxan yol yenidən çöküb. Hadisə şəhərin 20-ci  məhəlləsində baş verib

SİTAT.İNFO xəbər verir ki, əraziyə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları və su kanal idarəsinin rəhbərliyi baxış keçirib.

Hazırda həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb və alternativ yoldan istifadə edilir. Sumqayıt Su Kanal İdarəsinin baş mühəndisi yeni təmir edilmiş yolun hansı səbəbdən çökdüyünə aydınlıq gətirib. 

Sakinlər sözügedən ərazidə yolun dəfələrlə çökdüyünü deyirlər. 

Kamran Hüseynov küçəsi ilə yanaşı eyni kollektorun keçdiyi Heydər Əliyev prospektində də çökmə qeydə alınıb. 



Xəbər xətti