Rusiya Ukraynanın şərqindəki Donbasda asta, lakin möhkəm addımlarla irəliləyərkən, bölgədə strateji əhəmiyyətə malik olan Luqanskın Severodonetsk şəhərində də intensiv bombardmanlarını davam etdirir.
SİTAT.İNFO xəbər verir ki, Qərbin yardımının azaldığını tənqid edən Ukrayna rəsmiləri, rusların Donbasdakı irəliləyişlərini dayandırmaq üçün təcili olaraq ABŞ istehsalı olan çoxşaxəli raket sisteminə (MLRS) ehtiyac duyduqlarını bildiriblər.
Şərqi Donbasda Ukrayna əsgərlərinin Rusiyanın Severodonetskə hücumuna müqavimət göstərdiyi, lakin Ukraynanın bölgədəki müdafiəsinin “çətin vəziyyətdə” olduğu bildirilib.
Uzunmənzilli hücumlara imkan verəcək silahlara ehtiyac olduğunu deyən Ukraynanın Ali Baş Komandanı general Valeri Zalujni çox ağır ifadə işlədib: O deyib ki, Qərbdən yardımların gecikməsinin qiyməti, dünyanın rus faşizmindən müdafiə edəcək insanların həyatı ilə ölçüləcək".
ABŞ mediasını yazır ki, prezident Co Baydenin Ukraynaya bu həftə açıqlanması gözlənilən silah yardımı paketinin bir hissəsini bəzi raket sistemləri təşkil edəcək və bunların verilməsi ilə bağlı razılaşma var.
Böyük Britaniyanın baş naziri Boris Conson da Ukrayna prezidenti Volodimir Zelenski ilə silah yardımı ilə bağlı danışdığını təsdiqləyib.
Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə 80 dəqiqə telefonda danışıblar.
Onlar Putini Zelenski ilə “birbaşa ciddi danışıqlara” çağırıblar və bu, Qərbin Kiyevə dəstəyini azaltmaqda fikir ayrılıqlarının olması ilə bağlı şayiələrə səbəb olub.
Xüsusilə Ukrayna Almaniyanın silah dəstəyi vədini yerinə yetirmədiyini və yardımın ləng gəldiyini iddia edir.
Digər tərəfdən, Londonda yerləşən “Chatham House” analitik mərkəzindən Keir Giles deyib ki, Avropalı tərəfdaşların bəziləri müharibəni dayandırmaq üçün Ukraynaya ərazi güzəştləri etmək kimi təklifləri öz aralarında müzakirə edirlər.
Ukraynanın döyüş meydanında öz taleyini dəyişmək üçün zamanla yarışa girib və güzəşt təklifləri onları narahat edir".
Ukrayna prezidenti Volodimir Zelenski müsahibəsində 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyanın ələ keçirdiyi bütün torpaqların geri qaytarıla bilməyəcəyini etiraf edib. Zelenski ölkəsinin bu 3 ayda sonra itirdiyi torpaqları geri alacağına əmin olsa da, digər torpaqları xilas etməyin mümkün olmadığını, bu yolu seçərsə çox sayda itki verəcəyini bildirib.
Bu arada iddia edilirdi ki, Rusiya qoşunları Ukraynanın şərqində yüksək rütbəli Ukrayna rəsmiləri zərərsizləşdirmək üçün “öldürmə ovu”na başlayıblar.
Ləman Sərvanqızı
SİTAT.İNFO