Belini əyərək otumaq sağlamlığa necə zərbə vurur: Mütəxəssislər onlarla xəstəliyin adını çəkir...

17:28 30 May 2022

Fiziki Müalicə və Reabilitasiya Mütəxəssisi Prof. Dr. Turan Uslu evdə, ofisdə və gündəlik həyatda  belini əyərək  oturmağın  mənfi təsirlərindən danışıb, ciddi xəbərdarlıq edib.

Əyri oturmaq onurğanın təbii əyriliyini dəyişdirərək onurğa sütunumuzdakı yükü artırır. Təbii, sağlam vəziyyətdə onurğanızın özünəməxsus əyriliyi, boyunda təbii boşluq, arxada təbii donqar və beldə təbii boşluq var. Onurğanın yana əyriliyi 3-5 dərəcəni keçmir. Praktik olaraq onurğa arxadan baxanda düz olur. İllərlə iş masasında əyri, bükülü vəziyyətdə oturduqda onurrğamızın təbii əyrilikləri yox olur.

Əslində, onurğa sütunumuzdakı həddindən artıq gərginlik o qədər pisləşə bilər ki, onurğanın bütövlüyü pozulur, disklər sıxılır, degenerasiya olur, bağlar uzanır və ya qısalır, oynaqlar daralır, onurğa ətrafındakı əzələlər qıc olur və zəifləyir. Bu, disklərinizin zəifləməsinə, sıxılmasına və onurğanızın aşınmasına səbəb olur. Bu dəyişikliklər nəinki uzunmüddətli ağrı və narahatlığa səbəb olur, həm də müvazinəti zəiflədir.

Daha əvvəl qeyd edildiyi kimi, əyri oturmaq bizi yalnız kədərli və depressiv göstərməz, həm də gerçəkdən kədərləndirir və depressiyaya salır. Vərdiş olaraq əyri oturanlar daha tez qocalır, daha depressiyaya düşürlər və daha çox narahat olurlar. Məsələn, onurğası sağlam və duruşu normal olan insanlarda daha yüksək testosteron səviyyələri olduğu aşkar edilib Bu da onlara güc və nəzarət hissi verir, stress hormonu olan kortizolu aşağı salır. Bədənimizə müsbət təsir edən müsbət hormonlara sahib olmaq, özümüzü və ətrafımızdakı dünyanı daha xoşbəxt qəbul etmək, duruşumuza diqqət yetirmək, onurğa sağlamlığımızı qorumağımız lazımdır. 

HƏZM PROBLEMLƏRİ

Əyri oturmaq təkcə onurğaya təsir etmir; həzm sisteminizə də təsir edir. Bunun  çiyinlərinizə, boynunuza, belinizə təsir edə biləcəyini başa düşmək asandır, çünki onlar görünür, lakin qeyri-təbii mövqelərdə uzun müddət qalmaq bütün daxili orqanlara mənfi təsir göstərir. Əyri oturmaq və ayaq üstə durmaq bağırsaqları sıxır, bu da həzmə mənfi təsir göstərir və turşu, reflü, qaz və yırtıq mədə-bağırsaq problemlərinə səbəb olur. Daha da təəccüblü odur ki, əyri oturmaq maddələr mübadiləsinə təsir göstərərək, çəki artımına və qarın ətrafında yağ yığılmasına səbəb ola bilər.

ARTAN AĞRI

Bədəninizə forma verən və elastikliyi təmin edən onurğa sütununuz və ona bağlı oynaqlar sağlam nizamda olmadıqda, vücudunuz rahat olmaz, vücudunuz rahat və dinc olmadıqda isə ağrı verə bilər. Əgər ağrı varsa, bədəninizin bir yerində problem var. Əslində əyri oturmaq xroniki onurğa ağrısı (bel, boyun, kürək) və disk degenerasiyasına səbəb olur. Bunun səbəbi onurğa ətrafındakı əzələlərdə, oynaqlarda, vətərlərdə, digər yumşaq toxumalarda və sümüklərdə artan gərginlikdir. Bu  bədəninizin bəzi hissələrində, o cümlədən omba, çiyin və boyunda ağrıya səbəb ola bilər. Həmçinin baş ağrılarına da gətirib çıxara bilər. Bədən kompozisiyanız müxtəlif bədən hissələrinizin ağırlığını dəstəkləyir, lakin zəif duruş onu dəstəkləyən toxumalara daha çox yük verir. Məsələn, baş irəli əyildikdə, boyun fəqərələrinə yük üç və ya dörd dəfə arta bilər.  Normal duruş başınızın və bədəninizin digər hissələrinin ağırlığını asanlıqla dəstəkləməyə imkan verir.

ÜRƏK-DAMAR VƏ AĞCiYƏR PROBLEMLƏRİ

Əyri oturmaq həzm sisteminizə, həmçinin ağciyərlərinizə və ürəyinizə zərər verir. Avstraliyada əyri oturmaqla  bağlı aparılan araşdırma göstərib ki, bütün günü masa arxasında oturan insanların ömrü daha qısa olur və ürək-damar xəstəlikləri riski artır. Bu artan riskin bəziləri əyri oturmağın qan və oksigen axınını məhdudlaşdırır, nəfəs almağı, danışmağı və fiziki məşqləri yerinə yetirməyi çətinləşdirir. Vücudunuzdakı hər bir hüceyrənin yaşaması və işini normal yerinə yetirməsi üçün oksigenə ehtiyacı var, buna görə də oksigenin vücudunuzda mümkün qədər sərbəst dövr etməsinə kömək etmək vacibdir.

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti