Bakıda sürücü ilə sərnişinlər əlbəyaxa davaya çıxdılar - VİDEO

11:44 31 May 2022

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında əlbəyaxa dava düşüb.
Sitat.info xəbər verir ki, bu gün səhər saatlarında Lökbatan-28 may marşrutu üzrə işləyən 125 nömrəli avtobusun sürücüsü ilə sərnişinlər arasında yaranan mübahisə sonrada davaya çevrilib. Belə ki, yol tıxac olduğundan, sürücü sərnişinlərin avtobusdan düşmələrini istəyib. Sərnişinlər endikdən az müddət sonra piyada məsafə qət edərək,   "Azneft" dairəsində dayanan həmin avtobusa gəlib çatıb, yenidən minmək istəyiblər. Bu zaman marşrut sürücüsü sərnişinlərin yenidən gediş haqqı ödəmələrini tələb edib. Sərnişinlər isə gediş haqlarını ödədiklərini və onları gedəcəkləri ünvana qədər aparmasını tələb ediblər.
Sürücü təkrar ödəniş etməyən sərnişinlərin marşruta minməsinə mane olub.
Mübahisə davaya çevrilib, sürücü marşrutdan düşərək bir neçə vətəndaşla əlbəyaxa olub.
Sitat.info-nun əməkdaşı hadisə yerində olub ve sürücü ilə sərnişinlərin davasını videolentə alıb.

Səid İsaoğlu 

SİTAT.İNFO



Xəbər xətti