Bakıda  baş verən ağır yol-nəqliyyat hadisəsinin ANBAAN görüntüləri yayıldı VİDEO

13:10 31 May 2022

Ötən gün Bakıda  baş verən ağır yol-nəqliyyat hadisəsinin videosu yayılıb.

SİTAT.İNFO xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində, 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Bu gün hadisə ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Bəlli olub ki, BMW markalı avtomobilin sürücüsü qoş xətti tapdalayaraq qarşı yola çıxıb, sonra isə avtobusun gəldiyi istiqamətə dönərək onunla toqquşub. 

SİTAT.İNFO həmin videonu təqdim edir. 

 



Xəbər xətti