Uşaqlarda nitq geriliyinin səbəbi BU FAKTORLAR ola bilər

15:50 31 May 2022

Türkiyəli professor Murat Eyüboğlu uşaqlarda  nitq gecikməsi ilə bağlı problemin səbəblərinə aydınlıq gətirib.

Professor bildirib ki, kifayət qədər söz işlətməyən və ya söz ehtiyatı az olan uşaqların nitqin gec formalaşır.  Mütəxəssisin fikrincə, nitqin formalaşmasının gecikməsində genetik faktorlar, sosial mühit, telefon istifadəsi, psixiatrik, sinir inkişaf və ya xarici ağız quruluşu pozğunluqları rol oynayır. 

“Nitq pozğunluğunun səbəbi müəyyən edilməlidir”

Nitq gecikməsi heç bir neyro-inkişaf pozğunluğu olmadan çox əhəmiyyətsiz görünsə də, önəmli bir inkişaf pozğunluğunun ilk əlaməti ola bilər.

Autizm, dərketmə geriliyi və ya eşitmə qüsuru nitq gecikməsinin mühüm səbəblərindəndir. Bu səbəbdən nitq geriliyi olan uşaqların neyro-inkişaf qiymətləndirməsi və tibbi müayinədən keçməsi mütləqdir. Bu qiymətləndirmədə uşağın qulaq, burun-boğaz müayinəsi və inkişaf mərhələləri ətraflı şəkildə qiymətləndirilməli və nitq pozğunluğunun səbəbi təyin edilməlidir.
 
Uşaqların söz ehtiyatını artırmaqda nə təsirli olur?
 
Uşaqların nitq bacarıqlarının evdə də artıqmaq mümkündür. Professor belə izah edir: "Uşaqla oyun oynamaq, sözləri təkrar-təkrar işlətmək və uşaqları danışmağa sövq etmək, telefonla oyun  vaxtını azaltmaq, hətta elektron cihazlardan istifadənin qarşısını almaq vacibdir. İlk iki ildə tablet və telefon istifadəsinə yol verməmək mütləqdir.  Bundan əlavə, uşaqların 3 yaşından sonra uşaq bağçası kimi sosial mühitdə olması nitq bacarıqlarının təkmilləşdirilməsinə töhfə verə bilər. 
 
Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti