İranın Abadan şəhərində çökən çoxqatlı “Metropol” binasından reportaj hazırlayan tanınmış fotojurnalist və ictimai fəal Yəlda Moayeri yoxa çıxıb.
Sitat.info xəbər verir ki, ailəsindən verilən məlumata görə, mayın 28-də son telefon danışıqlarından sonra jurnalistlə əlaqə saxlaya bilməyiblər.
Çökən binadan fotoreportaj hazırlamaq üçün Abadan şəhərinə gedən Yəlda Moayerinin yoxa çıxması ilə bağlı aidiyyəti qurumlara edilən müraciətlərə hələlik cavab verilməyib.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, fotojurnalist mayın 28-də çökən bina yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.