Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

10:01 2 İyun 2022

“Azərenerji” ASC-nin vəzifəli şəxsi vəfat edib.

Sitat.info-nun məlumatına görə, ötən gün ASC-nin Enerji İstehsalı İdarəsinin rəis müavini Şirin Quliyev 70 yaşında dünyasını dəyişib.

O, ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Ş.Quliyev fəaliyyəti dövründə bir çox yüksək vəzifələrdə çalışıb. Uzun illər Bakı İstilik Elektrik Mərkəzinin, “Şimal” Elektrik Stansiyasının rəisi olub.

/Oxu.az



Xəbər xətti