Hindistanda qadınların gördüyü zülm dünyanı heyrətə gətirdi FOTO

15:00 3 İyun 2022

Hindli qadınların məişətdəki çətinlikləri bütün dünyanı heyrətə gətirib.  su əldə etmək üçün bir neçə metr dərinlikdəki quyulara enirlər.
Hindistanın Madhya Pradeş əyalətində qadınlar təmiz suya olan tələbatı ödəmək üçün heç bir  təhlükəsizlik tədbiri  görmədən bir neçə metr dərinlikdə olan quyulara düşüb-qalxırlar.

SİTAT.İNFO xəbər verir ki, xarici mediada yayılan görüntülər göndərləri dəhşətə  gətirib. 

Hindistanın Madhya-Pradeş əyalətində su qıtlığı insanların həyatını təhlükə altına atır. Qusiya kəndində qadınlar təmiz su əldə etmək üçün bir neçə metr dərinliyində olan quyulara enib-qalxırlar. Heç bir təhlükəsizlik tədbiri görmədən aşağı düşdüyü quyudan çıxan qadının videosu sosial mediada sürətlə yayılıb və gündəmə çevrilib. Çoxsaylı sosial şəbəkə istifadəçiləri videoya reaksiya göstərərək, məmurları vətəndaşlara təcili yardım göstərməyə çağırıblar.

Bu bölgədə su qıtlığı hər yay olur. Əyalət rəhbərliyi  2024-cü ilə qədər hər kəndi su ilə təmin edəcəyini vəd etsə də, milyonlarla insanın hələ də içməli suya ehtiyacı var. Qusiyada narazı kənd sakinləri hökumətə etiraz olaraq bu il yerli seçkiləri boykot edəcəklərini deyirlər. Hindistan mediasına danışan bir qadın, "Suyu əldə etmək üçün quyuya enməliyik. Burada 3 quyu var, demək olar ki, hamısı quruyub. Dövlət məmurları və siyasətçilər bura yalnız seçkilər zamanı gəlirlər. Bu dəfə qərara gəldik ki, belə olmaz. Əlverişli su mənbəyimiz olana qədər səs verməyək". 

Qeyd edək ki, aparılan araşdırmalara görə, Hindistanın 2050-ci ilə qədər ciddi su çatışmazlığı ilə üzləşəcəyi təxmin edilir, 30 şəhər isə yüksək risk zonası kateqoriyasındadır.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti