Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə aşıb, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı 1998-ci il təvəllüdlü sürücü Adilzadə İsmət və 1997-ci il təvəllüdlü sərnişin İbadullayev Ayazxan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
***
Daxili İşlər Nazirliyi Şəmkirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Bildirilir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.