Nikolayevdə yaşayış məntəqələri atəşə tutuldu, ölən və yaralananlar var

18:26 4 İyun 2022

Rusiya işğalçıları Nikolayevin yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

SİTAT.İNFO UNİAN-a istinadən xəbər  verir ki, bu səhər Gemi şəhəri yenidən atəşə tutulub. 

Bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat verib.

Merin sözlərinə görə, saat 15:00-a olan məlumata görə, üç nəfərin öldüyü məlum olub. Onlardan ikisi atışma nəticəsində hadisə yerində, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bundan əlavə, daha dörd nəfər yaralanıb , hazırda həkimlər onların həyatları üçün mübarizə aparırlar.

"Üç hündürmərtəbəli binanın zədələnməsi barədə ilkin məlumat var. İndi biz ətraflı məlumat toplayırıq", - Senkeviç əlavə edib.

İşğalçılar Nikolayevə hücumu gücləndirirlər. 

Bu barədə bir gün əvvəl Nikolayev vilayəti dövlət administrasiyasının sədri Vitali Kim məlumat verib. O cümlədən, şəhər müvəqqəti işğal olunmuş Xerson vilayəti ərazisindən rus işğalçıları tərəfindən 10-dan çox mövqedən atəşə tutulur.

Eyni zamanda, Nikolayev hərbi komendantlığı şəhərin iki rayonunun, eləcə də şəhərətrafı qəsəbələrin sakinlərinə müvəqqəti olaraq təhlükəsiz yerlərə getməyi tövsiyə edib.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti