Ukraynadan ƏKS-HƏMLƏ! Rusiyanın bu bölgəsi atəşə tutuldu

11:40 6 İyun 2022

Kursk vilayətinin qubernatoru Tetkino kəndinin atəşə tutulduğunu açıqlayıb

SİTAT.İNFO TASS agentliyinə istinadən xəbər verir ki,  hadisə nəticəsində xəsarət alan olmayıb.

"Ukrayna ilə həmsərhəd Kursk vilayətinin Tetkino kəndi yenidən atəşə tutulub. Qurbanlar barədə məlumat dəqiqləşdirilir" - vilayət qubernatoru Roman Starovoit öz Telegram kanalında bildirib.

"Bu gün səhər tezdən Qluşkovski rayonunun Tetkino kəndi yenidən atəşə tutulub. Hücumlar körpüyə və yerli müəssisələrə edilib. Dəymiş ziyan və mümkün qurbanlar barədə məlumat dəqiqləşdirilir", - o yazıb.

Rayon rəhbərinin sözlərinə görə, mərmilərdən sonra körpü və şəkər zavodunun ərazisi zədələnib.

"Yaralanan və ölən yoxdur. Əsas zərbə yerli körpüdə olub, dağıntı var. Şəkər zavodunun ərazisində ziyan var", - o yazıb.

O əlavə edib ki, atəş zamanı səkkiz mənzildən ibarət ikimərtəbəli yaşayış binası və yaxınlıqdakı yardımçı tikililər zədələnib, bir avtomobil yanıb.

Qluşkovski rayonunun Tetkino kəndi Ukrayna ilə sərhəddə yerləşir.

Artıq Ukrayna Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə atəşə tutulub. Sonuncu dəfə Ukrayna tərəfdən hücumlar mayın 21-də qeydə alınıb.

Lamiyə Xəqani,

SİTAT.İNFO

 



Xəbər xətti