İyunun 6-da səhər saatlarında Nikolayevi partlayışlar silkələdi. Hələ də şəhərdə artilleriya atəşi təhlükəsi qalmaqdadır.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Telegram-da şəhərin meri Aleksandr Senkeviç məlumat verib.
Xüsusilə, saat 9:55-də mer mərmi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Merin sözlərinə görə, şəhərdə partlayış səsləri eşidilir.
"Şəhərdə partlayış səsləri eşidilir. Dostlar, hər kəsdən sığınacaqlara getməyi xahiş edirəm! Ən azı qaydalarına əməl edin", - Senkeviç deyib.
Partlayışlarla bağlı daha ətraflı məlumat hələ ki, yoxdur.
Səid İsaoğlu
SİTAT.İNFO