" “Formula-1” yarışları Ağdama köçürülsün" - İqtisadçı ağdamlıların avtomobil sevdasını dəstəklədi

13:35 6 İyun 2022

!Vətən müharibəsindən, torpaqlarımız işğaldan azad edildikdən sonra yazmışdım, bu gün də öz fikrimdə qalıram: Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq – ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, belə addımlardan biri Belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər: "Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin Formula-1 çiləsinə son verərdi. Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də Ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı".

Ləman,

SİTAT.İNFO



Xəbər xətti