Ermənistanda 2 nəfər polis əməkdaşlarına qarşı zor tətbiq edərək onların xidməti silahını ələ keçirməyə cəhd edən iki nəfər saxlanılıb.
SİTAT.İNFO AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Erməni brakonyerlər nadir heyvanı öldürüb kanala atdılarQeyd edilir ki, onların iş materiallarına əsasən, iyunun 3-də saat 18:15-də Lori rayonunun Urasar kəndi yaxınlığında patrul xidmətinin əməkdaşları “VAZ-2106” markalı avtomobili saxlayıblar. Sürücü sərxoş olub və hüquq-mühafizə orqanlarının əməkdaşları onun sərxoşluq dərəcəsini yoxlamağa çalışıblar. Lakin sürücünün həmkəndliləri bunun qarşısını alıb.
"Hadisə tədricən münaqişəyə çevrilib. Vətəndaşlar polislərə zərbələr endirməyə başlayıb. Etirazçılar onların formalarını cırıblar və silahlarını əllərindən almağa cəhd ediblər. Xidməti avtomobilə də ziyan vurulub. Faktla bağlı cinayət işi başlanıb. Beş polis əməkdaşı zərərçəkmiş kimi tanınıb", - məlumatda deyilir.