SON DƏQİQƏ! Nazirlər Kabinetindən yeni qərar: Bu güzəşt 10 manata endirildi

19:52 6 İyun 2022

Nazirlər Kabineti Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

SİTAT.İNFO xəbər verir ki, indiyə qədər qüvvədə olan qərara əsasən, Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan- Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edib.

Dəyişikliyə əsasən, bu güzəşt 10 manata endirilib.



Xəbər xətti