ABŞ polisindən rəzil hərəkət! Göldə batan adamın boğulmasını seyr etdilər...

12:30 7 İyun 2022

ABŞ-ın Arizona ştatında gölə tullanaraq boğulan şəxsə cavab verməyən 3 polis əməkdaşı işdən çıxarılıb.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, yeni yayılan görüntülər və polis görüntülərindən stenoqramlar göstərir ki, 34 yaşlı Şon Bikinqs keçən ay Tempe Taun gölünə tullanıb. Sonra o boğuluram deyərək  polisi köməyə çağırıb. 

Lakin  polis bu çağırışa cavab verməyib və Bikinqi xilas etmək üçün heç bir cəhd göstərməyib.

Səs yazılarına görə, polislərdən biri də “Sənin üçün suya tullanmayacağam” deyib. 

Bundan az sonra Şon Bikinqin suya batdığı və öldüyü bildirilir.

Evsiz olduğu bildirilən Bikinqin ölümü Tempe şəhəri rəsmiləri tərəfindən faciə kimi qiymətləndirilib.

Hadisənin mayın 28-də baş verdiyi və Şon Bikinqslə ortağı arasında mübahisə düşməsi səbəbindən polisin hadisə yerinə gəldiyi açıqlanıb.

Safura,

SİTAT.İNFO



Xəbər xətti