Britaniya kralının qardaşının adı Epşteyn sənədlərində - Kraliyyət sarayını tərk etdi...

10:20 4 Fevral 2026

Pedofil olması iddiaları səbəbindən “Şahzadə” və “York hersoqu” titullarından məhrum edilən Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mountbatten-Windsor Kral Ailəsinin rəsmi iqamətgahı olan Vindzor qalasındakı Royal Lodge malikanəsindən ayrılıb.

Sitat.info xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, Ceffri Epşteynlə yaxın münasibətlərinə görə bütün titullarını itirən Mountbatten-Windsor müvəqqəti olaraq Sandringham sarayında yerləşən bir evə köçüb. Bildirilir ki, o, buradan da tezliklə ayrılaraq Sandringham ərazisindəki Marş Farm adlı ferma evinə yerləşəcək. Həmin evin xərcləri kral III Çarlz tərəfindən qarşılanacaq.

Epşteyn işi ilə bağlı yayımlanan rəsmi sənədlərdə Mountbatten-Windsorun adı çəkilmiş, Epşteyn qurbanı Virciniya Giuffre 17 yaşında olarkən Endryu ilə münasibətdə olduğunu iddia etmişdi. Endryu ittihamları rədd etsə də, əvvəlcə York hersoqluğu titulundan imtina etmiş, daha sonra isə kral tərəfindən “Şahzadə” titulu da əlindən alınmışdı.

Royal Lodge malikanəsinin uzun illər simvolik kirayə ilə istifadəsi və xərclərin vergi ödəyiciləri hesabına qarşılanması parlamentdə də müzakirələrə səbəb olmuşdu. Baş nazir Keir Starmer Kral Mülklərinin araşdırılmasını dəstəklədiyini açıqlamışdı.

Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyusonun da Epşteynlə əlaqələri üzə çıxmış, onun adı ilə bağlı xeyriyyə fondu fəaliyyətini dayandırmışdı.

Tehran,

Sitat.info 



Xəbər xətti