Putinin "cəlladı" öldürüldü: Əsir hərbçiləri gözündən vuraraq öldürürdü FOTO

14:32 8 İyun 2022

Ukraynada minlərlə əsgər və zabitini itirən Rusiya lideri Vladimir Putin üçün daha bir bəd xəbər, onun muzdluları olan Vaqner Qrupundan gəldi.

SİTAT.İNFO xəbər verir ki, "Cəllad" kimi tanınan Vladimir Andonov Ukraynanın ikinci ən böyük şəhəri olan  Xarkov yaxınlığında snayper gülləsi ilə vurulub.
44 yaşlı Andonov əsir əsgərləri güllələməklə tanınırdı. 2014-cü ildə Ukraynanın şərqindəki münaqişələrdə rusiyapərəst separatçılarla birlikdə iştirak edən muzdlu daha sonra Liviya və Suriyada döyüşüb.
Rusiya mətbuatı xəbər verir ki, “Vaqner Qrupu”nda “Oazis” kod adından istifadə edən Vladimir Andonov iyunun 5-nə keçən gecə ukraynalı snayperin hədəfinə düşüb.

"Cəllad" ləqəbli Andonov ukraynalıları dəhşətli xatirələrlə təqib edən bir ad idi.

Qeyd edək ki, Vaqner Qrupunun üzvü 2015-ci ildə Donbasda Loqvinovoda əsir götürülən ukraynalı əsgərləri gözlərindən güllələyərək öldürüb.

Lamiyə,

SİTAT.İNFO

 



Xəbər xətti