Artıq 100 günü geridə qalan müharibədə Rusiya ordusu Ukrayna işğalında 12 general və 50-dən çox polkovnik itirib.
SİTAT.İNFO xəbər verir ki, elə bu həftə bir general-leytenant və bir general-mayor Ukrayna ordusu tərəfindən öldürülüb.
Donbasda Popasnada Ukrayna hərbçiləri tərəfindən pusquya salınan general-mayor Roman Kutuzov son bir ayda öldürülən ən yüksək rütbəli rus zabiti oldu.
General-mayor Kutuzov öldürüldükdən az sonra general-leytenant Roman Brednikovun güllələndiyi xəbəri gəldi.
Safura,
SİTAT.İNFO