Meymunçiçəyi ilə bağlı kimlər risk qrupundadır? - Professor DANIŞDI

15:30 8 İyun 2022

"Meymunçiçəyi virusunun Azərbaycanda da yayılma ehtimalı realdır. Çünki biz qloballaşan dünyanın bir hissəsiyik. Bizə də gəliş-gediş var. Turistlər gəlib -gedir və xəstə insanın buraya düşməsi mümkündür, vətəndaşlarımızın xaricdə yoluxub onu ölkəyə gətirməsi mümkündür".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib. 

Onun sözlərinə görə, Azərbaycanda meymunçiçəyinə yoluxma olarsa, buna qeyri-adi hadisə kimi baxılmamalıdır: " Sadəcə olaraq, lazımi tibbi işlər qurulmalıdır, profilaktik tədbirlər aparılmalıdır, sanitar-gigiyenik işlər görülməlidir. Müalicə məsələsi həll olunmalıdır. Əhalinin 42 yaşından yuxarı hissəsi bu xəstəliyə qarşı peyvənd oluinub. Çünki o dövrdə suçiçəyinə qarşı peyvənd aparılırdı. Meymunçiçəyi virusi poksi viruslara aiddir, bu “monkeypox”dur, amma suçiçəyi “smollpox”dur. Ona görə də, bu vaksin həssaslığını göstərir".

A.Qeybulla risk qrupu haqqında bunları deyib: "42 yaşından aşağı yaşda olan insanlar, yanaşı ağır xəstəliyi olan insanlar üçün meymunçiçəyi virusu risk yaradır. Digər tərəfdən nəzərə almalıyıq ki, koronavirus pandemiyası da xeyli insanın immun sistemini zəiflədib. Yoluxub sağalanlar immun sistemində ciddi təlatümlər yaşadılar. Bu faktorları da diqqətə almalıyıq, lazımi tədbirlər görülməlidir və xəstələnən şəxslər lazımi səviyyədə dəstək müalicəsi almalıdırlar".

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti