İyunun 8-i səhər saatlarında Məşhəd-Yəzd şəhərləri istiqamətində hərəkət edən qatarının xətdən çıxması nəticəsində baş verən qəza ilə bağlı xilasetmə işlərinin başa çatdığı bildirilib.
Sitat.info xəbər verir ki, hadisə zamanı ölən və yaralıların sayının artdığı da məlum olub. Son məlumatlara görə, qəza nəticəsində 21 nəfər həyatını itirib, 86 nəfər yaralanıb.
İranın Böhran İdarəetmə Mərkəzinin müdiri Məhəmmədhüseyn Nami mediaya açıqlamasında hadisənin terror aktı olması ilə bağlı iddiaları təkzib edib.
SƏİD İsaoğlu