İranda jurnalist həbs edildi
Sitat.info xəbər verir ki, İranda ictimai fəal Sərvinaz Əhmədinin "Instagram story"sində paylaşdığı məlumata görə, işçi fəalı, sənətçi və jurnalist Kamyar Fəkur İranın təhlükəsizlik gücləri tərəfindən həbs edilib.
Bildirildiyinə görə, o, öz evində olarkən 4 hökumət məmuru tərəfindən tutulub.
Xatırladaq ki, iranlı jurnalist Kamyar Fəkur bundan öncə İnqilab Məhkəməsi tərəfindən dəfələrlə həbs, şallaq və nağd pul cəzalarına məhkum edilib.