Tehrandan BMT-yə xəbərdarlıq: “Hücum olarsa, bütün bazalar hədəfdir”

11:38 20 Fevral 2026

Dünən İranın BMT-dəki daimi nümayəndəliyi təşkilata ünvanladığı məktubda ABŞ-dən gələn mümkün hərbi təhdidlərlə bağlı xəbərdarlıq edib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məktubda ABŞ prezidentinin Dieqo Qarsiya və RAF Fairford bazalarından İrana qarşı mümkün hücum üçün istifadə ehtimalını gündəmə gətirən açıqlamalarına toxunub.

Sitat.info xəbər verir ki, Tehran bu açıqlamanı BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi dəyərləndirib. 

Bildirilib ki, İran diplomatik yola və nüvə danışıqlarının davamına sadiqdir. Ancaq hər hansı hərbi əməliyyat baş verərsə, ölkə “sərt və mütənasib cavab” verəcək.

Sənəddə açıq şəkildə vurğulanır ki, hücum halında “düşmən qüvvələrin bölgədəki bütün bazaları, obyektləri və aktivləri qanuni hədəflər” sayılacaq.

İran BMT Təhlükəsizlik Şurasını dərhal müdaxilə etməyə və ABŞ-ni təhdidlərini dayandırmağa çağırıb.  

Tehran,

Sitat.info

 



Xəbər xətti