İcbari Tibbi Sığorta Agentliyi şəhid anasına hörmətsizlik elədi - Siyasətçilər narazılıq etdi

13:53 9 İyun 2022

"Ağ partiya başqanı Tural Abbaslının anası əməliyyat olundu. Tibbi sığorta ona cəmi 1500 manat ödəyə bilərik dedi. Bu, biabırçılıqdır".

Bu sözləri AXP sədri Pənah Hüseyn sitat.info-ya açıqlamasında bildirib.

Partiya sədri dövlət qurumunun bu cür davranışını özbaşınalıq adlandırıb: "Bu vətəndaşlara, xüsusən də  şəhid anasına qarşı hörmətsizlikdir. Mənim də əmim əməliyyat olundu. Bu sistem ümumiyyətlə düzgün qurulmayıb. Agentlik bunu dövlət sirri kimi saxlayır. Eyni ilə o da belə bir hal yaşadı. Bu rəzalətdir, hökumət bu sahədə ciddi islahatlar aparmalıdır"

Safura Bənnayeva,
Sitat.info



Xəbər xətti