Bakıda 10 ildən çoxdur inşası bitməyən keçid - VİDEO

18:50 9 İyun 2022

Mərdəkan-Şüvəlan yolunun Qala yolu ilə kəsişməsindəki keçidin tikintisi 10 ildən çoxdur tamamlanmır.

Ərazidə yaşayan sakinlər yolu keçmək üçün əvvəlcə avtomobillərin sıxlığının azalması üçün bir neçə dəqiqə gözləməli, daha sonra isə var gücü ilə qaçmalı olur. 

Görəsən, sürət həddi saatda 110 km olan dördzolaqlı yolda yerüstü keçidin tikintisi niyə başa çatdırılmır?

Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, qurum sözügedən yolda keçidin olmasının zəruriliyi barədə təklif verib. Lakin tikintinin gedişatına nəzarət onların səlahiyyətində deyil.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Xəbər xətti