Azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçən erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
Onun sözlərinə görə, 69 yaşlı şəxs bu gün saat 12:00 radələrinə erməni tərəfinə təhvil verilib.