Masazırda çirkab suları sakinləri cana yığıb - VİDEO

21:05 9 İyun 2022

Küçə boyu axan kanalizasiaya suları ətrafa pis qoxu  yayır. Evlərin həyətləri, zirzəmiləri çirkab suları ilə dolur.

SİTAT.İNFO xəbər verir ki, görüntülər Abşeron rayonu Masazır kəndindəndir

Sakinlər "Xəzər Xəbər"ə kanalizaisya xəttlərinin olmamasından, daşan çirkab suların onlar üçün problem yaratdığını deyiblər. Belə vəziyyətin uzun müddətdir davam etdiyini bildiriblər. 

Sakinlərin sözlərinə görə, ərazidə çirkab suların daşınması üçün mövcud olan nasosxana Masazır kənd bələdiyyəsinin balansındadır. Sarı aşıq küçəsində yaranmış problemlə bağlı həm bələdiyyə, həm də ''Azərsu'' ASC-nin əməkdaşları əraziyə baxış keçiriblər. 

İndi vətəndaşlar problemin həll olunacağını günü səbirsizliklə gözləyirlər.



Xəbər xətti