Əsəbi və gərginsinizsə, özünüzü bu qidalarla müalicə edin...

17:58 10 İyun 2022

Əsəbi insanlar narahatlıq, təşviş, əsəbilik, gərginlik, stress, qorxu kimi duyğular yaşayır və bunu yaşamasına səbəb olan durumdan başqa heç nə düşünə bilmir.

Amma bəzi qidalar əsəblərin sakitləşməsin kömək edən xüsusiyyətlərə malikdir. Bu qidalar menyuya daha çox daxil etsəniz, onların müsbət təsirlərini öz gözlərinizlə görəcək və hiss edəcəksiniz. Gəlin birlikdə bu qidalara nəzər salaq.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, mövzu ilə bağlı dietoloq Burak Çetiner məlumat verib.

Triptofan  beyinə xoş hiss siqnalları göndərən, xoşbəxtlik, canlılıq və fərahlıq hissi verən serotoninin xəbərçisidir. Orqanizm tərəfindən sintez edilmədiyi üçün yeməkdən almalı olduğunuz bir amin turşusudur.

Triptofanla zəngin qidalar depressiya, narahatlıq və emosiyalara nəzarəti kimi problemlərin həllində əsas rol oynayır.

Hinduşka, yağsız qırmızı ət, toyuq, pendir çeşidləri, banan, böyürtkən, fındıq, fıstıq, balqabaq toxumu, kətan toxumu, küncüt kimi qidalardan gündəlik bir və ya iki porsiya qəbul etmək, narahatlıq və qəzəbinizi idarə etməyə kömək edəcək. Beynimizin 60%-i yağdan ibarətdir. Omeqa-3 yağ turşularının da bu gözəl yağ dövriyyəsində böyük payı var. Bu mühüm maddə sinir hüceyrələrinin düzgün işləməsini təmin etməklə yanaşı, bağırsaqlardakı problemləri də aradan qaldırır və bağırsaq keçiriciliyini tənzimləyir.

Sağlam hüceyrə membranları və bağırsaqlar sağlam əhval-ruhiyyə deməkdir.

Bu da həzm problemlərinə qarşı omeqa-3 ilə zəngin bir pəhrizin əhəmiyyətini artırır. Omeqa-3 yağ turşuları orqanizm tərəfindən istehsal olunmadığı üçün pəhrizdən alınmalıdır. Zəngin omeqa-3 mənbələri soyuq su balığı (somon, sardina, hamsi, skumbriya), qoz, kətan toxumu, semizotu, avokado, çia toxumlarından ibarətdir.

Bu mənbələrdən birini və ya bir neçəsini gündəlik qida rasionumuza əlavə etmək ruhumuz üçün yaxşı olacaq və narahatlıqlarımızı sakitləşdirəcək. D vitamini də narahatlığı azaltmağa kömək edir.

D vitamini (süd, qatıq, pendir, yumurta sarısı) xüsusilə günəş şüaları ilə zəngin qidalar narahatlıq və gərginliklərin azalmasına müsbət təsir göstərir.

Xolin qan-beyin baryerini keçən yeganə vitamindir. Bu xüsusiyyəti ilə beyindəki kimyəvi hadisələrdə iştirak edir. Məhz buna görə də xolin tərkibli qidalar əsəbləri sakitləşdirmək üçün çox faydalıdır. Yumurta, süd, kartof, yulaf, küncüt, kətan toxumu xolinin əhəmiyyətli qaynaqlarıdır. Gündəlik qida rasionunuza qatıq, kefir, turşu daxil etməklə həyat keyfiyyətinizi artıra ,narahatlıq və sinir pozuqluğunuzu idarə edə bilərsiniz. Fermentasiya edilmiş qidaların tərkibindəki faydalı probiotik bakteriyalar sayəsində bağırsaq florası dəyişir və artıq məlumdur ki, bu yeni yaranan flora narahatlıqların qarşısını alır.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti