Tekirdağda 13 yaşlı yeniyetmə oğlan dostu ilə babasının silahını götürərək "TikTok" çəkmək üçün kimsəsiz bir əraziyə gedib.
Sitat.info xəbər verir ki, bu zaman bədbəxt hadisə baş verib.Silahın boş olduğunu düşünən yeniyetmə tətiyə basdıqda silahdan atəş açılıb. Atəş nəticəsində yeniyetmə ağır yaralanıb. Səhvən özünü vuran yeniyetmə, təcili yardım tərəfindən xəstəxanaya aparılıb.
Digər tərəfdən İstanbulda avtomobilin baqajında olan uşağın döyülərək qaçırıldığını görən məhəllə çaxnaşmaya düşüb. Polis tədbir görüb və araşdırma aparıb. Saatlarla davam edən fəaliyyətin arxasında duran həqiqət hər kəsi şoka salıb. Yerli əhalinin çaxnaşmasına səbəb olan “tik tok”un video çəkilişi yayılıb.
Safura,
SİTAT.İNFO