İranda daha bir fəhlə maaşı verilmədiyi üçün intihara cəhd edib.
Sosial şəbəkələrdə iranlı fəhlənin tikilməkdə olan binanın metal çərçivəsinin üstünə çıxaraq intihar etmək istədiyini göstərən video yayılıb.
Sözügedən fəhlənin llçalışdığı qurumda bir neçə aylıq maaşının ödənilməməsi, habelə dolanmaqda çətinlik çəkməsi və güzəranının ağır olması səbəbindən intihara əl atdığı bildirilir.
İntihar hadisəsi bu gün, iyunun 11-də İranın Bane şəhərində qeydə alınıb. Hadisə haqqında hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, daha öncə sosial mediada ldəfələrlə əlacsız İran vətəndaşlarının yoxsulluq, kəskin bahalaşma, inflyasiya, maaş azlığı və əməkhaqlarının vaxtında ödənilməməsi kimi onlarla səbəbdən intihar etməsinə dair videolar yayılıb.
https://bit.ly/3ttt1IW https://www.instagram.com/p/CerNPyJKwx3/?igshid=YmMyMTA2M2Y=