Bakıda bu evlər son 3 ayda fantastik bahalaşdı

10:51 12 İyun 2022

Sitat.info xəbər verir ki, son 4-5 ayla müqayisədə evlər 6-10 min manat civarında bahalaşıb. Bu bahalaşma daha çox yeni tikili binalarda nəzərə çarpır. Zaman keçdikcə köhnə binalar sıradan çıxır, qəzalı vəziyyətə düşür. Bu səbəbdən də həmin evlərin qiymətində ciddi artım olmur, əksinə ucuzlaşır.

Sitat.info-nun əməkdaşı daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şəxslərlə həmsöhbət olub.

“Makler”lər bahalaşmanın əsas səbəbini tikinti materiallarının bahalaşmasında görürlər: “Tikinti bazarında elə tikinti materialı yoxdur ki, bahalaşmasın. Taxta, bünövrədə istifadə olunan dəmir konstruksiyalar, boyalar, hətta ölkədə istehsal olunan sement və qum da bahalaşıb. Taxtanın kub metri 450 manatı aşıb. Rusiyadan Azərbaycana taxta və digər tikinti materialları gəlmir. Bu gedişlə qiymətlər kəllə-çarxa çıxacaq. Qaçılmazdır...”.

Özəl tikinti sektorunda isə bahalaşma fantastik həddədir. “Xəzər-İnşaat” MTK-da son ayda evlərin qiyməti 5-10 min manat civarında bahalaşıb. Misal üçün 4-5 ay əvvəl lkin ödənişi 25-30 min manat olan ikiotaqlı mənzillərə, indi 35-40 min manat tələb olunur. Maklerlər deyirlər ki, buna iki faktor təsir edir. Birincisi xaricdən gələn tikinti materialları günü-gündın bahalaşır. İkincisi isə yeni tikililərə tələbat artır: “Torpaq sahəsi alıb, ev tikmək də problemə çevirilib. Mərkəzə yaxın ərazilərdə torpaq demək olar ki, azdır. Olsa da çox bahadır. Tikinti materialları və torpaq baha olduğundan ev tikmək də sərf etmir. Ona görə də alıcılar ya nəğd, ya da uzunmüddətli ipoteka şərtləri ilə ev almağa üstünlük verirlər. Bu da tikinti şirkətlərinə böyük fürsət yaradır. Bunun qarşısını yalnız hökumət ala bilər. Bu gün sosial evlər tikilir, ancaq yetərli olmur. Sosial evlərin tikintisinə başlanmalıdır ki, əhali uyğun şərtlərlə ev ala bilsin, tikinti şirkətlərinin tələsindən canlarını qutarsınlar".




Xəbər xətti