Bədnam rus muzdluları Vaqner Qrupunun yerləşdiyi Luqansk stadionu Ukrayna ordusu tərəfindən vurulub.
SİTAT.İNFO xəbər verir ki, Vladimir Putinin Liviya, Suriya, Cənubi Amerika və bəzi Afrika ölkələrindən sonra Ukraynaya göndərdiyi muzdlu qrup “Vaqner” Luqanskda ağır zərbə alıb.
Ukrayna ordusunun atdığı top mərmiləri Vaqner Qrupunun Luqansk Kadivkadakı bazasını məhv edib.
Ukrayna rəsmiləri bildirirlər ki, 300-ə qədər muzdlu əsgərin ölümünə səbəb olan hücumdan Vaqner Qrupunun yalnız bir üzvü sağ qalıb.
Kadivka şəhərindəki stadionu baza kimi istifadə edən Vaqner stadiona döyüş sursatı da yığmışdı. Top güllələri stadiona dəydikdən sonra üçün yalnız bir neçə beton divar qalıb.
Safura Bənnayeva,
SİTAT.İNFO