İran təyyarəsi Argentinada saxlanıldı - Son dəqiqə!

13:54 12 İyun 2022

Sitat.info xəbər verir ki, Argentina hökuməti İranın "MAHAN" aviaşirkətinə məxsus təyyarəni 5 ekipaj üzvü ilə birgə ölkənin Esisa şəhər hava limanında saxlayıb. Ekipaj üzvlərindən bəziləri SEPAH-ın Qüds qanadı ilə əlaqədə şübhəli bilinir.

Argentinanın Təhlükəsizlik naziri Anibal Fernandez bu haqda öz Tvitter hesabında yazıb: "Hökumət Amerikanın sanksiyaya məruz qoyduğu Venesuelaya məxsus təyyarəyə əl qoyub. İran vətəndaşları olan beş ekipaj üzvünün də pasportu müsadirə olunub".

Argentina mətbuatının məlumatına görə, sözügedən təyyarə bu ilin fevral ayından nəzarətdə olub.

https://bit.ly/3zuysLH



Xəbər xətti