Ukraynada yüksək vəzifəli hərbçi uşaqlara atəş açdı: Ağlasığmaz olay - VİDEO

09:09 13 İyun 2022

Hadisə Ukraynada baş verib. Ukrayna ordusunun zabiti həyətdə oynayan uşaqlara tapança ilə atəş açıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, atəş açan Ukrayna Baş Qərargahının Hüquq Departamentinin rəisi, polkovnik Yuri Bobrovdur.

O, Ukraynanın paytaxtı Kiyevdə Baş Qərargah binasının qarşısında silahını boşaltmaq üçün uşaqların olduğu əks istiqamətə məqsədsiz atəş açıb. Xoşbəxtlikdən güllə  binanın qarşısında oynayan 2 uşaqdan yan keçib. Atəşdən sonra uşaqlar panikaya düşüb, başlarına tutaraq qaçıblar. Hərbçinin bu hərəkəti ciddi narazılıq doğurub.

 Təhlükəsizlik kameralarına düşən görüntülərin ortaya çıxmasından sonra zabitin davranışı böyük əks-səda doğurub. Ukraynanın müdafiə naziri Oleksi Reznikov görüntülərin təsdiqindən sonra açıqlama verib. "Hadisənin aydınlaşdırılması üçün dərhal araşdırmalara başlanılıb. Bu, həm intizam, həm də cinayət məsuliyyətidir. Ukrayna Silahlı Qüvvələrinin rəis müavini, general-leytenant Yevgeni Moysyukun rəhbərliyi ilə komissiya yaradılıb. İstintaq zamanı adıçəkilən hərbçi işdən çıxarılıb”, - deyə o bildirib.

Lamiyə Xaqani,
Sitat.info 



Xəbər xətti