“Azad qadın” heykəli söküləcək? - VİDEO

22:45 13 İyun 2022

Sosial şəbəkələrdə paytaxtın Cəfər Cabbarlı və Əhmədbəy Zivərbəyov küçələrinin kəsişməsində yerləşən "Azad qadın" heykəlinin söküləcəyi ilə bağlı iddialar yayılıb.

SİTAT.İNFO-nun məlumatına görə, məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti münasibət bildirib.

Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, hasarlanma təmsil etdiyi qurum tərəfindən həyata keçirilməyib. 

Onun sözlərinə görə, abidənin söküləcəyi ilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil. 

Qeyd edək ki, "Azad qadın" heykəli 1960-cı ildə heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb. 

Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik:



Xəbər xətti