Avtobusda qadının 3200 MANATI OĞURLANDI

17:00 14 İyun 2022

Abşeronda marşrut avtobusunda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən (DİN) SİTAT.İNFO verilən məlumata görə, rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. (bizim.media)



Xəbər xətti