Uşaqlar arasında yayılan virus meymunçiçəyi ola bilərmi? - Professordan VACİB AÇIQLAMA - VİDEO

20:20 14 İyun 2022

Son vaxtlar xüsusilə uşaqlar arasında suçiçəyi virusu geniş yayılıb. Bu isə bəzi insanlarda çaşqınlıq yaradıb. Çünki "səpkilər meymunçiçəyinə aid ola bilərmi" sualı son günlər sosial şəbəkələrin geniş müzakirə mövzusuna çevrilib.

SİTAT.İNFO xəbər verir ki, mövzu ilə bağlı "Xəzər Xəbər"ə münasibət bildirən professor Adil Qeybulla deyib ki, meymunçiçəyinin ölkəmizdə də aşkarlanması gözləniləndir:

"Çünki qonşu dövlətlərdə də bu virusa rast gəlinib. O ki qaldı hazırda müşahidə olunan səpkilərin suçiçəyi və ya meymunçiəyinə aid olmasına, bunu yalnız laborator analizlər vasitəsilə müəyyən etmək olar. Onun sözlərinə görə, ölkəmizdə indiyədək meymunçiçəyi xəstəliyinə rast gəlinməyib".

Professor deyib ki, təbii çiçəyə görə peyvənd olunanlar  meymunçiçəyi xəstəliyinə qarşı daha dözümlüdür. Yəni bu insanlar virusa yoluxsa belə yüngül keçirir. Bu isə ölkəmizdə yalnız 42 yaşdan yuxarı insanlara aiddir.



Xəbər xətti