Bu ölkədə ordu narkotik mafiyasının üzərinə hücuma keçdi: Çox sayda ölən var...

12:15 15 İyun 2022

Meksikada ordunun narkotik kartelinə qarşı təşkil etdiyi hücum əməliyyatında 10 kartel üzvü zərərsizləşdirilib, 7 nəfər isə həbs edilib.
SİTAT.İNFO xəbər verir ki, Meksikanın Tekskaltitlan şəhərində ordu narkotik karteli Familia Mixoacana qarşı əməliyyat keçirib.

Meksika Dövlət Baş Prokurorluğundan verilən açıqlamada, əməliyyat zamanı kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma yaşandığı, 4-ü olmaqla 10 dəstə üzvünün zərərsizləşdirildiyi, 7 nəfərin yaralandığı və onların həbs edildiyi bildirilib. Açıqlamada əməliyyat zamanı təhlükəsizlik qüvvələrindən 3 nəfərin yüngül xəsarət aldığı, yaralılardan 2-nin isə tibbi yardım üçün xəstəxanaya aparıldığı açıqlanıb.

Əməliyyat nəticəsində təhlükəsizlik qüvvələri Familia Mixoacan kartelinə məxsus 5 avtomobil, 20 ədəd R-15 tipli uzun lüləli silah, çoxlu sayda tapança və hərbi texnika ələ keçirib.

Safura,

SİTAT.İNFO



Xəbər xətti