Rusiya Severodonetsk sakinləri üçün humanitar koridor açdı: Ancaq çox ağır şərt qoydu...

12:43 15 İyun 2022

Rusiya ordusu bu səhər saat 08:00-da açılan dəhlizdən mülki şəxslərin 12 saat müddətinə keçməsinə icazə veriləcəyini bildirib. Lakin Severodonetski tərk edən mülki şəxslərin yalnız Rusiyanın işğal etdiyi ərazilərə gedə biləcəyi açıqlanıb.

SİTAT.İNFO xəbər verir ki, Rusiya ordusunun şəhərdəki əsas körpüləri partlatması ilə Severerodonetsklə Ukraynanın digər hissələri arasında keçidlər demək olar ki, qeyri-mümkün olub.

Ukrayna qüvvələri körpülərin dağıdılmasına baxmayaraq, dinc sakinlərin təxliyəsi üçün səy göstərdiklərini bildirir.

Severodonetskdə 12 minə yaxın mülki şəxsin qaldığı güman edilir.

Qeyd edək ki, Ukraynanın şərqindəki separatçı Luqansk vilayətində yerləşən şəhərdə toqquşmalar başlamazdan əvvəl 100 min insan yaşayırdı.

Bildirilir ki, Rusiya ordusu “Azot” kimyəvi müəssisəsində qapalı qalan ukraynalı əsgərlərə silahlarını yerə qoymaq şərti ilə təslim olmağa icazə verəcəyini açıqlayıb.

Ləman Sərvanqızı,

SİTAT.İNFO

 



Xəbər xətti